BAKI, 5 oktyabr — Sputnik. Futbol üzrə 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin Avropa zonasında C qrupunda mübarizə aparan Azərbaycan yığması bu gün öz meydanında Çexiya ilə üz-üzə gəlib.
Görüşdə hesabı 34-cü dəqiqədə qonaqlardan Kopiç açıb. İlk hissə bu hesabla nəticələnib.
İkinci hissədə Əfran İsmayılov (55) penaltidən hesabı bərabərləşdirib. Lakin millimizin sevinci uzun çəkməyib. 66-cı dəqiqədə Barak yenidən çexləri irəli çıxarıb — 1:2.Görüş elə bu hesabla başa çatıb.
Beləliklə, Azərbaycan millisinin 9 oyundan sonra 10 xalı var.