Türkiyə məhkəməsi Ərdoğanla bağlı tarixi qərarı açıqladı

© AFP 2024 / THIERRY CHARLIERTürkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Hərbçilərdən polkovnik-leytenant Hüseyin Yılmaz azadlığa buraxılıb

BAKI, 4 oktyabr — Sputnik. 15 iyul Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana qarşı sui-qəsd üzrə məhkəmə prosesində qərar açıqlanıb. Sputnik Azərbaycan bu barədə "Sözcü"yə istinadən xəbər verir. Məlumata görə, Muğla Ağır Cinayətlər Məhkəməsi, 2016-cı il 15 iyul çevrilişə cəhd gecəsində prezidenti öldürmək üçün təlimatlandırılan 46 hərbçiyə hökm oxuyub.

Hakim çəkişmənin 1 nömrəli şübhəli şəxsi Fətullah Gülən, həmçinin Burkay Karatepe və Özcan Karacanın qovluqlarını xüsusi olaraq ayırıb. Lakin onlar barəsində açıqlama verilməyib. 

İlker Başbuğ - Sputnik Azərbaycan
İlkər Başbuğ: 15 iyulda baş verənləri dövlət çevrilişi kimi qiymətləndirmirəm

Hərbçilərdən polkovnik-leytenant Hüseyin Yılmaz azadlığa buraxılıb.

Digər 42 nəfərə ömürlük həbs cəzası verilib.

Xatırladaq ki, ömürlük həbsə məhkum edilən hərbçilər, 15 iyul gecəsi Ərdoğanın qaldığı otelə basqın edərək onu öldürmək istəyiblər. Lakin Milli Kəşfiyyat Təşkilatının çevik davranması ilə prezident, onu öldürməyə gələn xüsusi dəstədən əvvəl oteldən ayrılıb.

Xəbər lenti
0