Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İlkər Başbuğ: 15 iyulda baş verənləri dövlət çevrilişi kimi qiymətləndirmirəm

© Photo : DHAİlker Başbuğ
İlker Başbuğ - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının 26-cı rəisindən maraqlı açıqlama: Çevriliş cəhdinin arxasında 3 qrup var.

BAKI, 2 avq-Sputnik. Türkiyə Silahlı Qüvvələri (TSK) Baş Qərargahının 26-cı rəisi, istefada olan ordu generalı İlkər Başbuğ "CNN Türk"-də Ahmet Hakanın suallarını cavablandırıb.

Sputnik Hurriyet-ə istinadla xəbər verir ki, 15 iyul cəhdinin dövlət çevrilişlərinə bənzəmədiyini müdafiə edən Başbuğ deyib:

"15 iyul cəhdini bir dövlət çevrilişi olaraq qiymətləndirmirəm. Bunun dövlət çevrilişi olaraq adlandırılmasına isti baxmıram. Bu, "Gülən camaatı"nın silahlı çevriliş hərəkatıdır".

İlkər Başbuğ çevriliş cəhdinin ana sütununun "Gülən camaatı" olduğunu, amma ümumilikdə ortada üç qrup olduğunu ifadə edib.

Başbuğ çevriliş cəhdinin arxasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) olduğunu deyib.

O, CIA-nın "Fətullahçı Terror Təşkilatı"ndan (FETÖ) istifadə edərək əsl zərbəni Türkiyə Silahlı Qüvvələrinə vurmağa çalışdığına diqqət çəkib.

İlkər Başbuğ bildirib ki, daha əvvəl "Gülənçiləri" MİT-in verdiyi kəşfiyyat məlumatları əsasında ordudan ixrac ediblər. 2002-ci ildən sonra isə onlara bir adam haqqında belə hesabat verilməyib.
"Türk Silahlı Qüvvələrinin FETÖ-nü izləmək üçün normal kəşfiyyat imkanı yoxdur. "Gülən camaatı"nın TSQ-ya sızmasının tarixi 70-ci illərə qədər gedib çıxır." — deyə Başbuğ əlavə edib. 

Xəbər lenti
0