Gəndalaş bitkisi bir çox xəstəliklərin dərmanı hesab edilir. Son zamanlar gəndalaşdan xərçəng xəstəliyinin müalicəsi üçün də istifadə olunur.
Bu bitkinin 25-ə yaxın kol, çox da böyük olmayan ağac və nadir çoxillik ot növləri var. Gəndalaş mürəbbəsi qripin, soyuqdəymənin dərmanıdır və oynaq ağrılarının aradan qaldırılmasına kömək edir.
Sözügedən mürəbbənin bişirilmə qaydası haqqında məlumatı bizə Xuraman Zeynalova verir.
Gəndalaş mürəbbəsini hazırlamaq üçün lazım olan ərzaqlar:
— Gəndalaş bitkisi
— Şəkər tozu
— Su
Əvvəlcə gəndalaş bitkisi yığılır, yuyulur və aşsüzənə tökülür. Suyu süzüləndən sonra lay-lay şəkər tozu ilə birlikdə bişiriləcək qabın içinə tökülür və bişirilir.
Nuş olsun.