CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səyyar "ASAN xidmət" bu gündən Lökbatan və Binədə

Abunə olmaq
2 – 31 oktyabr tarixlərində Xəzər rayonunun Binə qəsəbəsində səyyar formada kommunal xidmətlər (“Azərişıq”, “Azərsu” ASC və “Azəriqaz” İB) təqdim olunacaq

BAKI, 2 oktyabr — Sputnik. Səyyar "ASAN xidmət" 2 – 16 oktyabr tarixlərində Qaradağ rayonunun Lökbatan qəsəbəsində  vətəndaşlara səyyar formada xidmət göstərəcək.

“ASAN xidmət”in mətbuat xidmətindən Sputnik Azərbaycan-a veriləm məlumata görə, 2 – 31 oktyabr tarixlərində Xəzər rayonunun Binə qəsəbəsində səyyar formada kommunal xidmətlər (“Azərişıq”, “Azərsu” ASC  və “Azəriqaz” İB) təqdim olunacaq.

Bundan başqa səyyar avtobuslar 6 sentyabr – 5 oktyabr Şamaxı, Lənkəran, Quba, Mingəçevirdə, 19 sentyabr – 5 oktyabr Goranboyda, 25 sentyabr – 24 oktyabr Şirvan və Xırdalanda, 29 sentyabr – 18 oktyabr Ucarda vətəndaşların xidmətində olacaqlar. 

Qazax rayonunda Səyyar Kitabxana təşkil olunub - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Qazaxda Səyyar Kitabxana təşkil olunub

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi; 

İlham Əliyev 1 saylı “ASAN Kommunal” Mərkəzinin açılışında iştirak edib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Səyyar "ASAN qatar" 15 gün bu rayonda olacaq

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Xəbər lenti
0