Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Evander Holifild: "Mayk Tayson özünü uşaq kimi apardı"

© Sputnik / Fuad HasanovDünya Boks Şurasının (WBC) 55-ci Konvensiyasının mətbuat yığıncağı
Dünya Boks Şurasının (WBC) 55-ci Konvensiyasının mətbuat yığıncağı - Sputnik Azərbaycan
Abunə olmaq
Əfsanə boksçu Holifild, əzəli rəqibi Mayk Taysonla olan və “qulaq dişləmə” epizoduna görə hələ də dillərdən düşməyən döyüş haqda danışıb

BAKI, 1 oktyabr — Sputnik. Bu gün paytaxt Bakıda Dünya Boks Şurasının (WBC) 55-ci Konvensiyasının mətbuat yığıncağı keçirilib. Dünyaca məşhur 25 boksçu konfransda iştirak edib.

Qonaqlar arasında əfsanəvi boksçu Evander Holifild, həmçinin Konstantin Tszyu, Yuri Arbaçakov və başqaları olublar. 

"Burada olmaqdan xoşbəxtəm. Şura tərəfindən dəvət edildim. Mən 8 yaşımda Məhəmməd Əli kimi dünya çempionu olmağı arzulamışdım. Xoşbəxtəm ki, bu məqsədə 4 dəfə nail oldum" – Holifild bildirib.

© Sputnik / Fuad HasanovDünya Boks Şurasının (WBC) 55-ci Konvensiyasının mətbuat yığıncağı
Dünya Boks Şurasının (WBC) 55-ci Konvensiyasının mətbuat yığıncağı - Sputnik Azərbaycan
1/4
Dünya Boks Şurasının (WBC) 55-ci Konvensiyasının mətbuat yığıncağı

2/4

3/4

4/4

Əfsanə boksçu Holifild, əzəli rəqibi Mayk Taysonla olan və “qulaq dişləmə” epizoduna görə hələ də dillərdən düşməyən döyüş haqda da danışıb:“Həmin döyüşdə Taysonun 31, mənimsə 35 yaşım vardı. O daha cavan idi, yəni daha aktiv. 4-cü raundda onu küncə sıxışdırmışdım, o ki var döyürdüm. Çünki o mənim dostum deyildi, mənim tək dostum anamdır. Nəsə, onu o qədər vurdum ki, axırda qulağımı dişləyib vəziyyətdən çıxmağa çalışdı. Mayk əsl uşaq kimi davrandı”.

Daha bir boks əfsanəsi Konstantin Tszyu Bakıya gəlməkdən məmnun olduğunu bildirib.

"Bakıda olmaq gözəldir. SSRİ dövründən bəri məni çox adam tanıyır. WBC-in bir hissəsi olmaqdan qürur duyuram. Düşünürəm ki, biz biliklərimizi növbəti nəslə ötürə bilərik. Onlar bizdən daha yaxşı ringdə mübarizə aparacaqlar" — Tszyu deyib.

Peşəkarlar arasında dünya Yuri Arbaçakov da öz fikirlərini bölüşüb:

"Çox şadam ki, bu versiyada çempion oldum. 9 dəfə bu kəməri ala bildim. Yeni nəsillərə də bu cür çempionluqlar arzulayıram”. 

Mətbuat konfransı digər iştirakçıların çıxışı ilə yekunlaşıb.

Xəbər lenti
0