Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Yığmamız finala çıxa bilmədi

© Sputnik / Murad OrujovQadın voleybolçular arasında Avropa çempionatının ilk yarımfinal görüşü
Qadın voleybolçular arasında Avropa çempionatının ilk yarımfinal görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Beşinci setdə Niderland (15:12) üstün olub və görüş 3:2 hesabı onların xeyrinə ilə başa çatıb

BAKI, 30 sentyabr — Sputnik. Qadın voleybolçular arasında Avropa çempionatının ilk yarımfinal görüşü başlayıb.

Milli Gimnastika Arenasında keçirilən oyunda Azərbaycan milli komandası finala vəsiqə uğrunda Niderland millisi ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən birinci setdə inamlı oyun nümayiş etdirən Azərbaycan voleybolçuları 25:20 hesabı ilə qələbə qazanıblar.

Görüşün ikinci setində təşəbbüsü ələ alan Niderland təmsilçiləri 25:19 hesabı ilə üstün olublar.

Qarşılaşmanın üçüncü seti Niderland yığmasının üstünlüyü ilə başa çatıb — 25:19.

Milli komandamız dördüncü setdə hesabda böyük fərqlə geri olsa da, yüksək əzmkarlıq göstərərək 27:25 hesabı ilə qələbə qazanıb.

Beşinci setdə Niderland (15:12) üstün olub və görüş 3:2 hesabı onların xeyrinə ilə başa çatıb. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri komandamızın oyununa baxıblar.

Yarımfinal mərhələsinin digər matçı saat 20:30-da start götürəcək. Türkiyə yığması Serbiya kollektivi ilə finala vəsiqə uğrunda yarışacaq.

Xəbər lenti
0