CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlk dəfə ələ keçən narkomana güzəşt olunacaq

© AFP 2024 / JOHANNES EISELEHeroin aludəçisi, arxiv şəkli
Heroin aludəçisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Narkotik maddədən istifadəyə görə ilk dəfə tutulanlar həbs cəzası verilməyəcək

BAKI, 29 sentyabr — Sputnik. "Narkotik maddədən istifadəyə görə ilk dəfə tutulanlara güzəşt ediləcək. Onlar məhkəmənin qərarı ilə stasionar şəkildə müalicə olunacaqlar".

Уголовный кодекс Азербайджана и купюры достоинством в 100 манатов - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik nəzərdə tutulub

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Vüsal İsayev, parlamentdə "Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin ictimai müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, şəxs sağalacaqsa və tibbi xarakterli qərarlar ləğv olunacaqsa, cinayətdən azad olunacaq: "Bu, narkotik maddələrin istifadəsinə görə ilk dəfə tutulan şəxslərə aiddir. Həmin şəxslər dövlət hesabına müalicə olunacaqlar. Şəxs müalicə olunmaqdan yayınarsa və ikinci dəfə bu fakt qeydə alınarsa, cinayət məsuliyyətinə cəlb olunacaq".

Xəbər lenti
0