CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik nəzərdə tutulub

© Sputnik / Anar MustafayevУголовный кодекс Азербайджана и купюры достоинством в 100 манатов
Уголовный кодекс Азербайджана и купюры достоинством в 100 манатов - Sputnik Azərbaycan
Abunə olmaq
Azadlıqdan məhrumetməyə alternativ sanksiya nəzərdə tutulmayıb

BAKI, 29 sentyabr — Sputnik. Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik nəzərdə tutulub. Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Vüsal İsayev, parlamentdə "Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin ictimai müzakirəsi zamanı bildirib.

Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda 34 cinayət üzrə cəza müddəti aşağı salınacaq

Onun sözlərinə görə, Cinayət Məcəlləsindən bir sıra maddələr çıxarılıb: "Cinayət tərkiblərinin Məcəllədən çıxarılması yolu ilə bu əməllər dekriminalaşdırılıb. Bunlar, əsasən mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir. Həmin əməllərin dikreminalaşdırılması o demək deyil ki, həmin şəxsləri cəzasız məsuliyyətdən kənar qoyacağıq. Həmin əməllər İnzibati Xətalar Məcəlləsinə daxil olduğu üçün onlar inzibati məsuliyyətə cəlb olunacaqlar".

"Təhlillər aparılarkən məlum olub ki, Cinayət Məcəlləsində nəzərdə tutulan bir çox tərkiblərə görə, azadlıqdan məhrumetməyə alternativ sanksiya nəzərdə tutulmayıb. Belə sanksiyaların sayı 60 faizə yaxın idi. Belə halda azadlıqdan məhrumetmə ilə bağlı olmayan yeni növ cəzanın — azadlığın məhdudlaşıdırılması cəzasının Cinayət Məcəlləsinə daxil edilməsini təklif etdik" — deyə o bildirib.

Xəbər lenti
0