BAKI, 28 sentyabr — Sputnik. Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Barak Obama 19 yaşlı qızı Malianı universitetə apardığı ilk günü haqda maraqlı xatirəsini bölüşüb.
Sputnik Azərbaycan "BBC"-yə istinadən xəbər verir ki, "Bayden" fondunun tədbirində çıxış edən ABŞ-ın eks-dövlət başçısı, qızını universitetə təhvil verən zaman duyğulandığını və küçənin tininə çəkilərək ağladığını söyləyib:
"Qızım Malianı qəbul olduğu universitetə apardığım gün kövrəlmişdim. Onu universitet rəhbərliyinə təhvil verəndən sonra artıq vidalaşmalıydıq. İkimiz üçün də çətin idi. Onunla sağollaşıb aralanandan sonra, dayana bilmədim, məni görməsin deyə küçənin tininə çəkildim və ağlamağa başladım. Gözyaşlarım burnumdan süzülürdü. Çünki mən atayam və artıq onu əvvəlki kimi hər gün görə bilməyəcəkdim".
"İndi düşünürəm nə yaxşı ki, onun yanında ağlamadım. Bunu etmədiyim üçün özümlə qürur duyuram. Ancaq o an bir epizod var idi ki, heç xoşuma gəlmədi. Mənim ağlamağımı Mərkəzi Kəşfiyyat Agentliyinin əməkdaşları gördülər. Çox kobud şəkildə diqqətlə üzümə baxırdılar. Məncə bu heç yaxşı şey deyil. İnsan hisslərinə hörmət eləmək lazımdır" — eks-prezident vurğulayıb.
Barak Obama çıxışının sonunda deyib: "Vidalaşmaq hər zaman çətindir, amma həm də yeni bir dövrün də başlanğıcıdır. Mən də qızım Maliaya uğurlar arzu edirəm, yolu hər zaman açıq olsun"