Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Obama vədinə xilaf çıxdı, bəs Tramp?

© AP Photo / Pablo Martinez MonsivaisABŞ-ın eks prezidenti Barak Obama və yeni seçilmiş prezident Donald Tramp
ABŞ-ın eks prezidenti Barak Obama və yeni seçilmiş prezident Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Yaxın Şərqdə geosiyasi ixtilafların yeni mərhələsi başlayacaq

BAKI, 1 iyul — Sputnik. ABŞ Dövlət Departamenti, əhalisinin əksəriyyəti müsəlman olan 6 ölkəyə qarşı yeni viza şərti tətbiq edib. Belə ki, bundan sonra viza üçün müraciət edənlərin qarşısında "ABŞ-dan bir adam və ya təşkilat ilə əlaqə" şərti qoyulacaq.

Флаги России и США в аэропорту Внуково-2, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
ABŞ - Rusiya gərginliyi nələrə səbəb olacaq?

Qaydalara görə, viza üçün müraciət edənlərin ABŞ-da qanuni statuslu yaşayan valideyni, həyat yoldaşı, uşağı, kürəkəni, gəlini və ya qardaşının olub-olmamasına baxılacaq. Həmçinin, uzaq qohumlarla (nənə, baba, əmi, xala, nişanlı və s.) bağlı müraciətlərə baxılmayacağı bildirilib.

Müvafiq sənəd ABŞ-ın xaricdəki diplomatik nümayəndəliklərinə göndərilib. Bu yeni tənzimləmə hazırda etibarlı ABŞ vizasına sahib olanlara təsir etməyəcək.

Qeyd edək ki, ABŞ Ali Məhkəməsi prezident Donald Trampın miqrasiya barədə fərmanının qismən qüvvəyə minməsi barədə qərar çıxarıb. Ali Məhkəmə yekun qərar verənə qədər fərman qismən icra olunacaq. Ali Məhkəmənin növbəti iclası oktyabr ayına təyin edilib. Onu da xatırladaq ki, fevral ayında Donald Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalamışdı.

Siyasi araşdırmaçılar əmindirlər ki, belə sanksiya qərarları ABŞ-ın qeyri-ciddi dövlət imicinin təsdiqidir. Bu, ABŞ-ın Yaxın Şərq siyasətinin dəyişməyəcəyini göstərir. ABŞ Yaxın Şərqi nəzarətdə saxlamaq niyyətindədir və heç vaxt istəmir ki, müsəlman dünyası güclü olsun.

Digər tərəfdən, yaxın gələcəkdə ABŞ-ın Yaxın Şərq siyasətində ciddi dəyişiklik olacağı ehtimalı azdır. Dövlət Departamentinin müsəlmanlara qarşı yeni sanksiyaları Tramp administrasiyasının hazırkı Yaxın Şərq siyasətinin davam edəcəyini göstərir.

Bütün bunlara baxmayaraq, Yaxın Şərqdə yeni geosiyasi münaqişə meydana gəlməkdədir. Vaşinqton Suriya məsələsində daha sərt mövqe tutmağa başlayıb. Bir tərəfdən Rusiyanın başçılıq etdiyi əməkdaşlıq formatını zəiflətməyə cəhd göstərilir, digər tərəfdən isə regionda Qərbin hərbi varlığı artırılır.

Səudiyyə Ərəbistan ordusu - Sputnik Azərbaycan
TƏHLİL
Yaxın Şərqdə dəngələr yerindən oynadı

Yaxın Şərqdə Rusiya-İran hərbi əlaqələrini zəiflətmək xətti kifayət qədər riskli addımdır. Çünki İran regionda özünə sadiq hərbi qruplaşmaları saxlaya bilir və onun bir sıra dövlətlərə təsiri az deyil. Bunu İraq, Suriya, Yəmən və Livan hadisələri sübut edir. İndi bu nüfuzu hərbi və iqtisadi sanksiyalar yolu ilə zəiflətmək cəhdi mütləq qarşıdurmalara, təxribatlara, silahlı toqquşmalara gətirib çıxaracaq.

Ümumi halda isə Yaxın Şərqdə geosiyasi ixtilafların yeni mərhələsi başlayacaq. Digər tərəfdən, ABŞ İraq və Suriyada yeni hərbi obyektlər yaratmaqla daha təhlükəli vəziyyət formalaşdırır. Amerikanın regionda hərbi gücünü artırmaq xəttini seçməsi onu göstərir ki, liderlik ambisiyasından imtina edilməyib və Yaxın Şərqdə yeganə söz sahibi olmaq iddiası qalmaqdadır. Bunun fonunda isə Rusiyanın hansı addımları atacağı maraq doğurur.

Burada bir sual da yaranır: Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyə marağı varmı? İstənilən halda, bu münaqişə Vaşinqton üçün prioritet deyil. Vaşinqton-Bakı münasibətləri yeganə olaraq enerji əməkdaşlığında müsbət tendensiyaya malikdir, sıx dialoq mövcuddur. Vaşinqton Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Bakıya hər cür dəstək verir, hətta bu məqsədlə Avropa İttifaqı dövlətlərində Azərbaycanın xeyrinə lobbiçilik fəaliyyəti də aparır. Donald Trampın administrasiyası bu dəstəyi davam etdirmək niyyətindədir.

Bakı Vaşinqtonun regional siyasətindən nə qədər narazı olsa da, balanslaşdırılmış xarici siyasət çərçivəsində Amerikanın yeni administrasiyası ilə əməkdaşlıqda maraqlıdır. Bütün bunlara rəğmən, Amerikada oturuşmuş siyasi sistem var və bəzən prezident bu sistemin gedişatına tabe olmaq məcburiyyətindədir.

Sabiq prezident Obama vaxtilə Liviyaya müdaxilə etmək istəmirdi, ancaq Dövlət Departamenti, Pentaqon, üstəgəl onlarla müşavirin hazırladıqları hesabatlar Amerikanı hərbi müdaxiləyə sürüklədi və üstündən illər keçdikdən sonra Ağ Ev sahibi "Liviya əməliyyatı bizim böyük səhvimiz idi" dedi. Barak Obama seçki öncəsi verdiyi ən böyük vədini də yerinə yetirmədi. "Quantanamo həbsxanasını qapadacam" deyən Obama, 8 ildə bu vədinə xilaf çıxdı.

Bu deyilənləri Trampa da şamil etmək olar. Mümkündür ki, Tramp uğurlu iş adamı kimi Amerika iqtisadiyyatında, sosial sahədə və bank sektorunda nəsə uğur qazansın, ancaq eyni sözləri təhlükəsizlik və xarici siyasətə şamil etmək çətindir. Dövlət Departamenti, Pentaqon, onlarla müşavir və onların hazırladıqları hesabatlar və yüzlərlə beyin mərkəzi – bütün bunlar prezidentlərin qərarlarına təsir edir.

Xəbər lenti
0