Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" sensasiya yarada bilmədi

Abunə olmaq
Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" İtaliyanın "Roma" klubunu qəbul edib

BAKI, 27 sentyabr — Sputnik. Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ikinci oyununa çıxan Ağdamın "Qarabağ" klubu Bakıda İtaliyanın "Roma" komandası ilə qarşılaşıb.

Görüş qonaqların hücumları ilə başlayıb. 7-ci dəqiqədə Kostas Manolas hesabı açıb, 15-ci dəqiqədə isə Edin Dzeko ikinci topu "Qarabağ"ın qapısından keçirib — 0:2.

28-ci dəqiqəqə Enrike Pedro bu toplardan birinin əvəzini çıxıb və birinci hissə bu hesabla yekunlaşıb — 1:2.

İkinci hissədə qapılara qol vurulmayıb. Beləliklə, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi ikinci oyunda da məğlub olub.


Xəbər lenti
0