CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mühacirlərin Bakıdan Avropaya daşınmasına rəsmi aydınlıq gətirildi

© Sputnik / Murad OrujovЗдание Государственного Таможенного Комитета в Баку
Здание Государственного Таможенного Комитета в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Həmin nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə ümumiyyətlə daxil olmayıb"

BAKI, 27 sentyabr — Sputnik. Bu gün bir sıra kütləvi informasiya vasitələrində Türkiyə Respublikasında fəaliyyət göstərən medya orqanlarına istinadən Türkiyə Respublikasının Çorum əyalətinin Osmancıq bölgəsində polis tərəfindən yük yerində Avropaya mühacirət etmək istəyən miqrantların olduğu nəqliyyat vasitəsinin saxlanıldığı, nəqliyyat vasitəsinin qoşqusunda aşkar edilən Azərbaycan Respublikası vətəndaşları və əfqanlardan ibarət 200-dən artıq miqrantın Azərbaycan Respublikasının Bakı şəhərində pul müqabilində nəqliyyat vasitəsinə mindirilərək qeyri-qanuni yollarla Avropaya daşındığı barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Türkiyədə yük maşınları, arxiv şəkli - Sputnik Azərbaycan
Gizlicə Avropaya qaçmaq istəyən azərbaycanlı mühacirlər yaxalandılar - VİDEO

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib. "Dövlət Gömrük Komitəsində aparılan araşdırma zamanı məlum olub ki, yayılan xəbərə əlavə edilən videoda görüntüləri əksini tapan miqrantların daşındığı 34 DH 9435 dövlət nömrəli nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə ümumiyyətlə daxil olmayıb" — deyə DGK bildirir.

Komitəs diqqətə çatdırır ki, həmin nəqliyyat vasitəsinin 34 EL 322 dövlət nömrə nişanlı qoşqusu isə, sadəcə 1 dəfə, 2010-ci ildə Azərbaycan Respublikası ərazisində olub: "Üstəlik hadisə ilə bağlı Tükiyə Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin hazırladığı daha ətraflı reportajlarda jurnalistlərə müsahibə verən miqrantlar nəqliyyat vasitəsindəki insanların əfqan, tacik, türkmən və özbəklərdən ibarət olduğunu bildirir, xəbərdə Azərbaycan və ya azərbaycanlılardan ümumiyyətlə bəhs olunmur".

Dövlət Gömrük Komitəsi bir daha media qurumları və nümayəndələrinə komitənin fəaliyyət sahələrinə aid olan məlumatların rəsmi mövqe öyrənməklə hazırlanmasını və yayımlanmasını tövsiyyə edir.

Xəbər lenti
0