BAKI, 27 sentyabr — Sputnik. Türkiyə üzərindən qaçaq şəkildə Avropaya getmək istəyən azərbaycanlılar saxlanılıb. Sputnik Azərbaycan "Haberler"-ə istinadən xəbər verir ki, polis Çorum şəhərində şübhəli TIR-ı dayandırıb.
Elə o an sürücü sükanı tərk edərək qaçıb. TIR-ın yük yerini açan polislər, əfqan və azərbaycanlı mühacirlərdən ibarət 200 qaçqını aşağı endirərək, bölməyə aparılıblar.
Daha sonra aydın olub ki, mühacirlər Avropaya getmək üçün yük maşınının sürücüsünə külli miqdarda pul ödəyiblər. Onlar TIR-a Bakı şəhərində miniblər. Məsələ ilə bağlı polisin istintaqı davam edir.