Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Roma"nın müdafiəçisi: "Qarabağ"ı udmaq çətin olacaq"

© Sputnik / Ruslan Mikayıllı"Roma"nın baş məşqçisi Eusebio Di Françesko matçqabağı keçirdiyi mətbuat konfransı
Romanın baş məşqçisi Eusebio Di Françesko matçqabağı keçirdiyi mətbuat konfransı - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
"Roma"nın baş məşqçisi: "Əminliklə deyə bilərəm ki, bizi çətin matç gözləyir"

BAKI, 26 sentyabr — Sputnik. İtaliyanın "Roma" futbol klubu Azərbaycanın "Qarabağ" komandası ilə oyuna ciddi yanaşır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Roma"nın baş məşqçisi Eusebio Di Françesko matçqabağı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Çempionlar Liqasının Bakıda keçiriləcək matçı çox vacibdir. "Əminliklə deyə bilərəm ki, bizi çətin matç gözləyir. Bizi "Qarabağ"la oyundan sonra da çətin matç gözləyir. Əlbəttə, rəqibimiz üzərində üstünlüyə malikik, lakin sabah biz zəif oyun nümayiş etdirmək fikrində deyilik. Bizim üçün hər bir oyunun nəticəsi vacibdir" — deyə Di Françesko bildirib.

© Sputnik / Ruslan Mikayıllı"Roma"nın braziliyalı müdafiəçisi Xuan Jezus
Romanın braziliyalı müdafiəçisi Xuan Jezus - Sputnik Azərbaycan
"Roma"nın braziliyalı müdafiəçisi Xuan Jezus

İtalyan klubunun baş məşqçisi "Roma" rəhbərliyinin "Qarabağ"ın forvardı Mahir Mədətovla maraqlanması ilə bağlı suala cavab verərkən deyib: "Bu, çox maraqlı futbolçudur. Biz onu uzaq məsafədən yaxşı zərbə vurması ilə tanıyırıq. "Qarabağ"da güclü və təhlükəli oyunçular var. Amma biz bura onlar üçün deyil, qələbə üçün gəlmişik".

Mətbuat konfransında romalıların braziliyalı müdafiəçisi Xuan Jezus da öz fikirlərini bildirib: "Qarabağ"la oyun çətin olacaq. Onlar Londonda böyük fərqlə uduzublar və bu görüş onlar üçün hesabın qanunlara tabe olmadığını göstərmək baxımından vacibdir. Onlar bizi udmaq istəyirlər, biz isə bura qələbə üçün gəlmişik. Mən "Qarabağ"la matçı "İnter"də oynadığım vaxtdan xatırlayıram. Onda biz 2:0 hesabı ilə qələbə qazana bildik. Hazırkı "Qarabağ" isə daha güclüdür. Onları udmaq bir qədər çətin olacaq".

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала