Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kredit borcu olanlara şad xəbər

© Sputnik / Murad OrujovПередача денег из рук в руки
Передача денег из рук в руки - Sputnik Azərbaycan
Abunə olmaq
Dəyişikliyə əsasən, sanksiyadakı 3 ilədək azadlıqdan məhrumetmə cəzası 2 ilə endirilir və yeni cəza növü olaraq 2 ilədək azadlığın məhdudlaşdırılması əlavə edilir

BAKI, 26 sentyabr — Sputnik. Azərbaycanda kreditor borclarını ödəməkdən qəsdən yayınmaya görə cəza yüngülləşdirilir.

Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinin 196-cı (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) maddəsinin sanksiyasında dəyişiklik edilir.

196.1 maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən, təşkilat rəhbəri və ya vətəndaş kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vururursa 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Передача денег из рук в руки - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kredit ödənişlərimiz nə yerdədir?

Dəyişikliyə əsasən, sanksiyadakı 3 ilədək azadlıqdan məhrumetmə cəzası 2 ilə endirilir və yeni cəza növü olaraq 2 ilədək azadlığın məhdudlaşdırılması əlavə edilir.

196.2 maddəsinin də sanksiyasında dəyişiklik edilir. Belə ki, eyni əməllər külli miqdarda ziyan vurduqda, 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişikliklə 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası da tətbiq olunacaq və azadlıqdan məhrumetmə cəzasının aşağı həddi 3 ildən 2 ilə endiriləcək.

Qanun layihəsi Milli Məclis deputatlarının müzakirəsinə verilib.

Xəbər lenti
0