CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kredit ödənişlərimiz nə yerdədir?

© Sputnik / Murad OrujovПередача денег из рук в руки
Передача денег из рук в руки - Sputnik Azərbaycan
Abunə olmaq
Banklar kredit verilməsi sahəsində fəallığı bərpa etməyə başlayıb, əhalinin isə...

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 avqust — Sputnik. Bu il əhali kreditlər üzrə faizlərin ödənilməsinə 527 mln. manat yönəldib. 2017-ci ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,5% artaraq 27716,9 mln. manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 2853,4 manat təşkil edib.

© Photo : Seymur Kərimli / Interview.azİqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov  - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Rəşad Həsənov

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövr ərzində gəlirlərin 1,9%-i (527 mln. manat) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. Gəlirlərin 85,9%-i son istehlak xərclərinə, 8,4%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 3,8%-i isə yığıma yönəldilib.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında faizlərin ödəniş həcminə təsir edən faktorlardan danışıb: "Hazırda bankların kredit portfeli günü-gündən azalır. Təxminən 16-17 ay ərzində portfelin azalması 5-6 milyarda yaxındır. Bu isə o deməkdir ki, kredit portfeli nə qədər azalırsa, bu portfel üçün faiz ödənişlərinin həcmi də azalır. Yəni, vətəndaşların bu istiqamətdəki xərclərinin həcmi aşağı düşüb. Düşünürəm ki, hazırda normalda ötən dövrlərlə müqayisədə vətəndaşların faiz xərcləri azalmalıdır".

"Amma digər bir faktor da var. Belə ki, xüsusilə manatla kreditlərdə əvvəlki illərlə müqayisədə məzənnə riskləri yarandığına görə tətbiq edilən faizlərin səviyyəsi artıb. Bu özü əks faktor kimi faiz xərclərini artıran amildir. Amma ümumiyyətlə, düşünürəm ki, hazırda vətəndaşların faiz xərcləri azalan dinamika nümayiş etdirməlidir" — Həsənov bildirib.

İqtisadçı bankların kredit fəaliyyətini bərpa etməsi ilə bağlı məsələdən də danışıb: "Son bir neçə ayda bankların kredit fəaliyyətini bərpa etməsi ilə bağlı addımlar atdığını müşahidə edirik. Artıq müəyyən banklar bununla bağlı məlumatlandırıcı materiallarını, reklamlarını yayır. Düzdür, əvvəlki dövrlərlə müqayisə etsək, hazırda kreditin verilməsi prosedurları kifayət qədər mürəkkəb və ağırdır. Eyni zamanda, bank da öz işinə daha məsuliyyətli yanaşır".

"Çünki əvvəlki dövrlərdə faktiki olaraq kreditlər verilərkən borclananların maliyyə vəziyyəti bir sıra hallarda düzgün qiymətləndirilmirdi. Nəticədə də 2014-cü ildən sonrakı proseslər baş verdi və bankların toksik (qeyri-işlək) aktivlərinin həcmi kifayət qədər yüksəldi. Amma hazırda öz kredit fəaliyyətini bərpa etmiş banklar daha sağlam və kredit qaytarma qabiliyyəti yüksək olan müştəriləri seçməyə üstünlük verəcəklər" — ekspert əlavə edib.

R. Həsənovun qənaətincə, digər məqamı da nəzərə almaq lazımdır ki, bankların müştəri potensialının böyük bir qismi hazırda problemli müştərilər siyahısına daxil olub: "Çünki onlar ən müxtəlif səbəblərdən ötən dövrdə ya kredit öhdəliyini vaxtında yerinə yetirə bilməyiblər, ya ümumiyyətlə, öhdəliyi yerinə yetirməkdən imtina ediblər və s. Son nəticədə bunların Mərkəzi Reyestr Kredit Xidmətində problemli müştəri olaraq qeydə alınmasına gətirib çıxardıb".

O, hesab edir ki, banklar növbəti dövrlərdə mərhələli şəkildə bu müştərilər arasında qiymətləndirmə aparacaqlar: "Obyektiv və subyektiv səbəblərin nəticəsində bəzi problemli müştəriləri yenidən öz müştəri kontingentinə daxil etmək məcburiyyətində qalacaqlar. Çünki faktiki olaraq bu gün bankların müraciət edəcəyi sağlam müştəri sayı kifayət qədər məhduddur. Bu isə gəlirli fəaliyyət göstərə biləcək səviyyədə kredit portfelini formalaşdırmağa əngəl yaradır".

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

"Növbəti aylarda müəyyən kreditləşmə prosesinin bərpası ümumi portfelin azalmasını məhdudlaşdıracaq. Məzənnə sabitliyi davam edərsə, 2018-ci ilin mart ayından sonra Azərbaycanda yenidən ümumi kredit portfelində artımlar müşahidə oluna bilər" – deyə müəxəssis vurğulayıb.

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında, əvvəlki illərdə əhalinin kreditlər üzrə faizlər ödəməsinin 1,9 faizdən daha çox olduğunu deyib: "Hazırda əhali kreditlərin geri qaytarılması ilə bağlı problemlər yaşadığı üçün, əvvəlki illərə nisbətən daha az kredit faizlərinə görə ödənişlər edir. Amma yenə də faizlərin yüksək və əhalinin ödəniş qabiliyyətinin aşağı olmasını nəzərə alsaq, bu qədər ödənişlərin olması da əhaliyə çox ağır, çətin başa gəlir".

"Ona görə də ödənişlər ötən illərə nisbətən azalıb. Amma bu, əhalinin gəlirlərinin azalması fonunda baş verir. Əhalinin gəlirləri azalır deyə ödənişlərin də azalmasını müşahidə edirik. Faizlər azalmalı, problemli kreditlər öz həllini tapmalıdır ki, əhalinin də ödənişləri ilə bağlı çətinlikləri aradan qalxsın" — Cəfərli qeyd edib.

Xəbər lenti
0