Türkiyə və İranın verdiyi möhlət bitdi: İraq bombardıman edilir

© AFP 2024 / ADEM ALTAN Истребители турецких ВВС. Архивное фото
Истребители турецких ВВС. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Zap, Avaşin-Basyan bölgələrində PKK düşərgələri yerlə yeksan edilib

BAKI, 25 sentyabr — Sputnik. İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətində müstəqillik referendumunun başlaması bölgədə vəziyyəti gərginləşdirib. Sputnik Azərbaycan Sözcü-yə istinadən xəbər verir ki, artıq Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr İraqın şimalını bombalamağa başlayıb.

Habur sərhəd qapısı, arxiv şəkli - Sputnik Azərbaycan
Türkiyə kürdlərin referendumuna qarşı sözdən əmələ keçdi

Ordudan verilən açıqlamaya görə, Zap, Avaşin-Basyan bölgələrində PKK düşərgələri yerlə yeksan edilib. Əməliyyat zamanı Türk Ordusu itki verməyib.

Öz növbəsində, İran ordusu da, dünəndən etibarən İraqın şimalını bombalamağa başlayıb. Rəsmi Tehran, onlarla terrorçunun öldürüldüyünü açıqlayıb.

Qeyd edək ki, bu gün İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətində müstəqillik referendumu keçirilir. Artıq muxtariyyətin lideri Məsud Bərzani də səsvermə məntəqəsinə gələrək səs verib. Referenduma İsraildən başqa heç bir dövlət dəstək vermir.

Xəbər lenti
0