Türkiyə kürdlərin referendumuna qarşı sözdən əmələ keçdi

© REUTERS / Umit BektasHabur sərhəd qapısı, arxiv şəkli
Habur sərhəd qapısı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətinin referendum keçirəcəyi halda, ağır nəticələri olacağını öncədən bildirmişdik"

BAKI, 25 sentyabr — Sputnik. İraqın şimalındakı kürd muxtariyyətinin bu gün müstəqillik referendumu keçirməsinə Türkiyədən ilk sanksiya gəlib. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, Türkiyə İraqla sərhəddəki Habur sərhəd keçid məntəqəsini bağlayıb.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda deyilir: "Türkiyə, İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətinin referendum keçirəcəyi halda, ağır nəticələri olacağını öncədən bildirmişdi. Biz onları dəfələrlə xəbərdar etmişdik".

Digər tərəfdən, Türkiyə Silahlı Qüvvələrinin İraqla sərhəddə hərbi təlimləri davam edir. Ordunun hər an İraqa əməliyyat başlada biləcəyi bildirilir.

Xəbər lenti
0