Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Günə 100 min avro qazanmağın yolu tapıldı: iş təhsildə deyil

© pixabay / Alexas_Fotos / EuroAvro
Avro - Sputnik Azərbaycan
Abunə olmaq
Fransanın paytaxtı Parisdən 9 km məsafədə yerləşən iqamətgahda yaşayan braziliyalının evinin gündəlik kirayəsi 14 min avrodur

BAKI, 24 sentyabr — Sputnik. Fransanın "PSG" futbol klubunun hücumçusu, braziliyalı Neymar 3 milyon avrodan çox əmək haqqı alır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu gündəlik 100 min avro qazanır. 

Bu, ulduz futbolçunun bir saat ərzində 4 min avro qazanması deməkdir. Məlumata görə, Fransanın paytaxtı Parisdən 9 km məsafədə yerləşən iqamətgahda yaşayan braziliyalının evinin gündəlik kirayəsi 14 min avrodur.

Beləliklə, Neymar dünyanın ən çox məvacibi olan futbolçusudur. Ondan əvvəl bu ada ildə 35 milyon avro qazanan Karlos Teves layiq görülüb.

Xatırladaq ki, Neymarın "Barcelona" klubundan "PSG"-yə keçidi futbol tarixində ən bahalı transfer hesab edilir — 222 milyon avro.

Xəbər lenti
0