Bütün xəbərdarlıqlara rəğmən: referendum rəsmən başladı

© AP Photo / Hassan Ammarİraq Kürd Lideri Məsud Bərzani və atası Mustafanın plakatlarını tutan tərəfdarları, arxiv şəkli
İraq Kürd Lideri Məsud Bərzani və atası Mustafanın plakatlarını tutan tərəfdarları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İraq kürd muxtariyyətinin müstəqilliyinə dair referendum rəsmən başlayıb. Referendumda ilk səsvermə elektron olaraq Çindən gəlib

BAKI, 23 sentyabr — Sputnik. İraq kürd muxtariyyətinin müstəqilliyinə dair referendum rəsmən başlayıb. Referendumda ilk səsvermə elektron olaraq Çindən gəlib.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, sentyabrın 25-də keçirilməsi planlaşdırılan müstəqillik referendumunda ilk səsvermənin keçirildiyi açıqlanıb.

Kürdüstan bölgəsi Ali Seçki və Referendum Şurasının nümayəndəsi Karvan Cəlal bugündən etibarən xaricdə yaşayanların elektron səsvermədən istifadə edə biləcəyini açıqlayıb. K.Cəlal saat fərqi ilə əlaqədar Çindəki iraqlı kürdlər arasında elektron səsvermənin başladığını, referendumda ilk səsin Çində verilmiş olduğunu söyləyib. 

Türkiyənin baş naziri Binəli Yıldırım. Arxiv şəkli - Sputnik Azərbaycan
Bərzaniyə referendum xəbərdarlığı: məsələ hərbi yolla həll oluna bilər

Bəzi ölkələr referendumun iki il müddətinə təxirə salınmasını tələb edirlər. Məsud Bərzani referendumun təxirə salınması üçün artıq çox gec olduğunu və bunun keçiriləcəyini söyləyib.

Türkiyə və İran referendumun keçirilməsinə qarşıdır. Ankaradan verilən açıqlamalarda referendumun tarixi bir səhv olacağı və yalnız regional deyil, qlobal bir böhrana səbəb olacağı ilə bağlı xəbərdarlıqlar edilir.

Xəbər lenti
0