BAKI, 23 sentyabr — Sputnik. Türkiyənin baş naziri Binəli Yıldırım İraq kürd regional hökumətinin referandum qərarından sonra hərbi seçimin də masada olduğunu söyləyib.
Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Binəli Yıldırım şimali İraqda referendum qərarının səhv, macəra olduğunu deyib: "Qonşu ölkə olaraq dostyana lazımi xəbərdarlıqları etdik. Ancaq görürük ki, bu xəbərdarlıqlara məhəl qoyulmur. Bütün dünyanın qarşı olduğu və qonşulardan heç birinin istəmədiyi bir yanlışlığı israrla davam etdirməyin sonu xeyirli olmaz".
Addımların referendumda çıxacaq nəticəyə görə atılacağını ifadə edən baş nazir bildirib ki, atılacaq addımlar qonşu ölkələrlə yaxın işbirliyi içində reallaşacaq: "Bütün seçimlər müzakirə edildi, qiymətləndirildi, hərbi seçim də masanın üzərindədir".