CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qadın hüquqları ilə bağlı 72 qanun qəbul etmişik"

© Photo : APAHadı Rəcəbli, Milli Məclisin Komitə sədri
Hadı Rəcəbli, Milli Məclisin Komitə sədri - Sputnik Azərbaycan
Abunə olmaq
Hadi Rəcəbli: "Azərbaycan dövləti, parlamenti daim çalışır ki, ailənin bünövrəsi möhkəm olsun"

BAKI, 22 sentyabr — Sputnik. "Son 22 ildə Azərbaycan parlamentində qadın hüquqları və problemləri ilə bağlı 72 qanun qəbul edilib, ölkəmiz 87 beynəlxalq konvensiyaya qoşulub".

Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
Erməni deputat: "Anam Bakıdandır və buraya gəlmək mənim üçün şansdır"

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, parlamentdə "Avronest" Parlament Assambleyasının "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərtinin cəlb edilməsi" mövzusunda keçirilən konfransında deyib.

Onun sözlərinə görə, komitənin qəbul etdiyi 2 qanun başqa ölkələr üçün örnək sənəd olaraq ortaya qoyulub: "Dayanıqlı inkişaf məqsədinə nail olmaq üçün konfliktlərdən qaçmaq lazımdır".

Komitə sədri deyib ki, Azərbaycanda nikaha girənlərin tibbi müayinəsi məcburi edilib: "Məişət zorakılığı haqqında qanun qəbul etdik. Bunlar bilavasitə qadının sağlamlığını təmin edə bilir. Ardıcıl olaraq tibb müəssisləri inşa edilir. Əmək Məcəlləsinin 22 maddəsi bilavasitə qadınların hüquqlarını müdafiə edir. Azərbaycan dövləti, parlamenti daim çalışır ki, ailənin bünövrəsi möhkəm olsun".

Xəbər lenti
0