BAKI, 22 sentyabr — Sputnik. "Sonuncu dəfə Bakıda 1988-ci ilin yanvar ayında olmuşam. Onda 13 yaşım var idi. Bu, Qarabağ münaqişəsinin başlamasından bir ay əvvəl idi. Anam bakılıdır. Şəhəri bir az tanıyıram".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu, Milli Məclisdə "Avronest" Parlament Assambleyasının konfransında iştirak edən, Ermənistanın "Avronest" PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan deyib. O, əvvəllər tətillərini Bakıda keçirdiyini deyib.
"Burada evimiz var idi. Şadam ki, azərbaycanlı həmkarlarım konfransın Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Belə bir məsələ parlament və ya siyasi gündəlikdə yoxdursa, Azərbaycana gəlmək üçün başqa şans tapmaq çox çətindir".