Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Körpə balalarını yad məmləkətdə ölümə tərk etmək cihaddırmı: İslam nə deyir?

© REUTERS / Abdalrhman Ismail / Mediabanka keçidSuriya, Əl-Bab
Suriya, Əl-Bab - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizim dinimizdə ölkə, vətən uğrunda cihad ediləndə, bütöv bir ailə də bu amal uğrunda özünü şəhid verə bilər, amma..."

Fuad Həsənov, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. "İslam dini uşaqların savaşa qatılmasına qətiyyətlə qarşıdır. Nəinki təkcə İslam, digər bütün səmavi dinlər də bunu qadağan edir. Şəriətə görə də günahdır".

Bunu Sputnik Azərbaycan-a, Əl-Əzhər Universitetinin məzunu, Türkiyənin Səlcuqlu Universitetinin əməkdaşı, politoloq Güngör Gökdağ deyib. İraqda İŞİD-dən geri qaytarılan bölgələrdə azərbaycanlı uşaqların tapılmasını şərh edən politoloq, İŞİD-in azyaşlı uşaqlardan da istifadə elədiyini deyib: "Təəssüf ki, İŞİD terror təşkilatı bu cür iyrənc üsullara əl ata bilir. Çünki onların İslam dini ilə heç bir əlaqəsi yoxdur".

Kimsəsiz qalmış uşaqlar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Təcili: İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların yaxınları axtarılır - VİDEO

Güngör Gökdağ İŞİD-in İslamla heç bir əlaqəsinin olmadığını bu sözlərlə əsaslandırıb: "Bizim dinimizdə insanı yandırmaq böyük günah olduğu halda, İŞİD terrorçuları bunu rahatlıqla edirlər. İslam dinində hətta ağacı, heyvanı yandırmaq belə, qadağandır, haramdır. Bu cür terror təşkilatları iqtisadi durumu çətin, dini həssasiyyəti olan insanlardan istifadə edir. İŞİD kimi cani qruplaşmalar İslam tarixində görülməyib. O, imperialist qüvvələr tərəfindən gizli dəstək görən təşkilatdır".

Mövzunu Sputnik Azərbaycan-a Dini İşlər üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev də şərh edib. "Bizim dinimizdə ölkə, vətən uğrunda cihad ediləndə, bütöv bir ailə də bu amal uğrunda özünü şəhid verə bilər. Ancaq İraq, Suriya, ümumiyyətlə Yaxın Şərqdə vəziyyət başqa cürdür" — o bildirib.

"Təəssüf ki, o bölgədə vuruşan tərəflərin hər ikisi müsəlmandır. Yəni orada cihad yox, məzhəb savaşı gedir. Bu səbəblə hesab edirəm ki, azərbaycanlı valideynlərin övladları ilə birgə İraqa, Suriyaya getməsi çox böyük səhvdir. Dini baxımdan da səhvdir" — Əliyev əlavə edib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan
CƏMİYYƏT
İraqda valideynləri öldürülən körpələrimizin aqibəti necə olacaq? - XİN-dən cavab

Keçmiş sədrin sözlərinə görə, dövlətimiz dəfələrlə xəbərdarlıq edib ki, başqa bölgələrə döyüşmək üçün gedənlərin vətəndaşlıqları əllərindən alınacaq: "İndi həmin insanları da bu cür aqibət gözləyir. Əlbəttə, uşaqlar xaric. İraqdakı azərbaycanlı uşaqlar ölkəmizə gətirilə bilsə, internatlara yerləşdiriləcək".

Xatırladaq ki, Rusiyanın RT telekanalının əməkdaşları iki yaşlı Xədicə və üç yaşlı Abdullanı Bağdad sığınacağında çəkiblər. Valideynləri onları "İslam dövləti"nin nəzarətində olan ərazilərə aparıblar. Uşaqlar özləri haqqında heç nə deyə bilmirlər. Amma, danışığından da aydın görünür ki, bu qardaş-bacı azərbaycanlı uşaqlardır.

"Biz bu kadrları Bağdaddakı sığınacaqda çəkmişik. Onları bu sığınacağa sentyabrın 12-də Təl-Afərdən gətiriblər. Onların şəkillərini mənə əvvəlcə Ziyad Səbsəbi (Ramzan Kadırovun Federasiya Şurasındakı nümayəndəsi. O, İŞİD-in nəzarət etdiyi ərazilərdəki bütün uşaqları toplayaraq Rusiya Federasiyasına göndərir-m.) göndərmişdi" – deyə telekanalın əməkdaşı Sputnik Azərbaycan-a bildirib.

Onun bizə təqdim etdiyi videodan da göründüyü kimi, müxbir uşaqlardan rus dilində "Sonuncu dəfə ata və ananı nə vaxt görmüsən?" (Когда в последний раз видел папу и маму?) sualına Abdulla "papa-mama ölüb" deyə cavab verib. "Bəs nənə, baba? Onları görmüsən?", "Sənin yaşadığın şəhər necə adlanır?" suallarına isə Abdulla başını yelləyərək "bilmirəm" cavabı verib.

Bundan əlavə, balaca Abdulla ətrafdakı digər uşaqlarla Azərbaycan dilində danışır, onlara nəsə anlatmaq, soruşmaq istəyir. Həm də çox sərrast azərbaycanca…

Telekanalın əməkdaşları xahiş edirlər ki, əgər bu videodakı uşaqları tanıyan varsa, onlara xəbər versinlər. Sputnik Azərbaycan bu uşaqları və ya qohumlarını tanıyanlardan info@sputnik.az, novosti@sputnik.az ünvanlarına, eləcə də Sputnik Azərbaycan-ın "Facebook" (və ya bu) ünvanlarına, habelə redaksiyanın saytda göstərilən şəhər telefonları vasitəsi ilə də məlumat verməyi xahiş edir.

Biz bu uşaqları xilas edə, ölkəmizə gətirib doğmalarına təhvil verə, yaxud da öz ölkəmizdəki uşaq evlərində böyümələrinə kömək edə bilərik!

Xəbər lenti
0