CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhkəmə icraçıları AAAF Park-ın ofisinə niyə gəliblər

© Photo : Facebook / /aaafparkAAAF Park yaşayış kompleksi, arxiv şəkli
AAAF Park yaşayış kompleksi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İri sahibkarın problemi var, onun hüquq-mühafizə orqanlarından ilk qonaqları məhkəmə icraçıları olub

BAKI, 22 sentyabr — Sputnik. Azərbaycanın Vergilər Nazirliyi bir sıra KİV-də gedən AAAF Park yaşayış kompleksinin sahibi Tofiq Heydərovun saxlanılması barədə məlumatı təkzib edib.

Nazirlikdən Sputnik Azərbaycan-a bildiriblər ki, hələlik onların Heydərova qarşı hər hansı iradları yoxdur.

Bir sıra məlumatlara görə, bu gün Xırdalan şəhərindəki AAAF Park-a Abşeron rayon prokurorluğunun əməkdaşları gələrək şirkətin işçilərini və bu ərazidə yerləşən bütün obyekt sahiblərini işi dayandırmağa, ərazidə aparılacaq yoxlamalarla əlaqədar olaraq 10 dəqiqə ərzində ərazini tərk etməyə çağırıblar. 

Hal-hazırda ərazidə çirkab sularının axıdılması dayandırılıb (4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin sektor müdiri Asəf Bayramovun Sputnik Azərbaycana göndərdiyi fotolar) - Sputnik Azərbaycan
HADİSƏ
Qanun pozucularına qarşı əməliyyat keçirilib

Hətta obyektin işçiləri arasında iş adamı Tofiq Heydərovun hansısa dini sekta ilə əlaqələrinə görə saxlanıldığı barədə şayiələr də dolaşırdı.

Lakin Baş prokurorluqdan bildiriblər ki, prokurorluq orqanları şirkətdə heç bir yoxlamalar aparmırlar.

İlkin məlumatlara görə, məhkəmə icraçıları Tofiq Heydərova qarşı məhkəmə qərarının icrasını təmin etmək üçün şirkətə gəliblər.

Şirkətin hüquqşünası Səbuhi Axundov Sputnik Azərbaycan-a bildirib ki, Tofiq Heydərov hazırda Kosovo Respublikasının paytaxtı Priştinadadır. Bu şəhərdə 22-30 sentyabr tarixlərində 15-17 yaşlılar arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilir və Heydərov da Ağır Atletika Federasiyasının vitse-prezidenti kimi orada iştirak edir. 

Тень дерева, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şirkət rəhbəri qanunsuz ağac kəsdiyinə görə həbs edildi

"Kimsə məhkəmə icraçılarını formada görərək yanlış informasiya yayıb ki, onlar prokurorluğun əməkdaşlarıdır" — deyə Axundov bildirib.

Onun sözlərinə görə, məhkəmə icraçılarının şirkətə gəlişinin məqsədi AAAF Park-ın banklardan birindən girov müqabilində götürülmüş ipoteka kreditlərinin vaxtında qaytarılmaması ilə əlaqədar olaraq məhkəmə qərarının icrası məqsədilə əmlakın inventarlaşdırılması ilə bağlıdır.

Xəbər lenti
0