Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qanun pozucularına qarşı əməliyyat keçirilib

© Photo : Asəf BayramovHal-hazırda ərazidə çirkab sularının axıdılması dayandırılıb (4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin sektor müdiri Asəf Bayramovun "Sputnik Azərbaycan"a göndərdiyi fotolar)
Hal-hazırda ərazidə çirkab sularının axıdılması dayandırılıb (4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin sektor müdiri Asəf Bayramovun Sputnik Azərbaycana göndərdiyi fotolar) - Sputnik Azərbaycan
Abunə olmaq
Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb

BAKI, 22 avqust — Sputnik. 01-15 avqust 2017-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Bu barədə Sputnik Azərbaycan-a ETSN-in mətbuat xidmətindən məlumat verilib.

Ətraf mühitin çirkləndirilməsi - Sputnik Azərbaycan
HADİSƏ
Ətraf mühitə ziyan vuranların işi məhkəməyə göndərilib

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 168 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 50 müddətli "məcburi göstəriş" verilib.

Ümumilikdə, 37 iş üzrə 21900 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 10 iş üzrə 7120,84 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 186 iş üzrə 32276,81 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 20, icra qurumlarına 19, məhkəmələrə isə 5 iş göndərilib.

Xəbər lenti
0