Milli Məclisin deputatının keçmiş fəaliyyəti ilə bağlı cinayət işi açıldı

© Sputnik / Anar MustafayevГенеральная прокуратура Азербайджанской Республики
Генеральная прокуратура Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisad Universitetinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Professor Ali Erbaş - Sputnik Azərbaycan
CƏMİYYƏT
Universitet rektoru yeni vəzifəyə təyin olundu

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ilkin araşdırma zamanı, yoxlama dövrünü əhatə 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, həmin dövrlərdə ADİU-nun rektoru, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Şəmsəddin Hacıyev olub.

Xəbər lenti
0