BAKI, 17 sentyabr — Sputnik. Türkiyə Respublikasının Diyanət İşləri İdarəsinə yeni rəhbər təyin edilib.
Yalova Universitetinin rektoru, professor Ali Erbaş Nazirlər Kabinetinin qərarı ilə bu vəzifəyə təyin olunub.
Bu ilin iyununda Yalova Universitetinin rektoru təyin edilən professor A.Erbaş 12 kitabın və xeyli sayda məqalənin müəllifidir.
Uzun illər bu vəzifədə çalışan professor Mehmet Görmez cari ilin iyununda təqaüdə çıxıb.