BAKI, 21 sentyabr — Sputnik. İranın güclü futbol klublarından olan "İstiqlal"ın rəhbəri Rza İftikari, Türkiyə millisinin və "Galatasaray"ın keçmiş baş məşqçisi Fatih Terimi komandanın başına gətirmək istədiklərini açıqlayıb. Sputnik Azərbaycan bu barədə "NTV"yə istinadən xəbər verir.
“Əgər Fatih Terimlə razılaşsaq, nəticəni azarkeşlərimizlə də bölüşəcəyik" — İftikari deyib.
Qeyd edək ki, "İstiqlal" klubunun əvvəlki baş məşqçisi Əli Rza Mənsuriyan olub.