CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Lotu Qulinin adamları" şou-biznesi çökdürmək istəyirmişlər

© Photo : REPORTBakı Apellyasiya Məhkəməsi
Bakı Apellyasiya Məhkəməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda müğənniləri hədələyib pulunu alan şəxslərin məhkəməsi başlayıb

BAKI, 21 sentyabr — Sputnik. Bakı Apellyasiya Məhkəməsində "Şeron" musiqi qrupunun keçmiş üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədov və Ramil Qasımovdan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov və Ariz Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 5-nə təyin edilib. 

Тельман Исмаилов, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Məhkəmə Telman İsmayılovun mənzillərinə həbs qoyub

İttiham aktına əsasən, V.Bağırov, G.Xəlilov, İ.Həsənov, E.Bağırov, A.Məmmədov və Əfsun Quliyev özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olaraq, qrup şəxs halında özlərini cinayətkar aləmin nüfuzlu nümayəndələri "Lotu Quli"nin qardaşı "Lotu Namiq"in adamları kimi təqdim ediblər. Onlar hər yerdə cinayətkar əlaqələrinin və saylarının həddən artıq çox olmalarını deyərək, üzərlərində gəzdirdikləri silahlarla hədə-qorxu gələrək, 2016-cı ilin oktyabr ayından 2017-ci ilin yanvar ayının 6-dək olan müddət ərzində "Şeron" qrupunun sabiq üzvü "Şadan" qrupunun rəhbəri və solisti İ.Məmmədovla R.Qasımovun hər birindən 12 min manat və 4 min ABŞ dolları məbləğində pul vermələrini tələb edib, vaxt qoyublar.

Cinayət materiallarına görə, həmin şəxslər qoyduqları vaxtın artırılması üçün "Lotu Namiq"dən icazə almaq adı ilə 2016-cı ilin oktyabr ayının əvvəllərində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində İ.Məmmədovla R.Qasımovun hər birindən 500 ABŞ dolları olmaqla ümumilikdə 1000 ABŞ dolları alıblar. Onlar bir qədər sonra isə İ.Məmmədova məxsus "Mercedes Benz S-klas" markalı avtomobili əlindən alaraq verəcəyi pulun 10 min manatı ilə əvəzləyiblər.

Bildirilir ki, bundan başqa, Ə.Quliyev və digərləri 2016-cı ilin noyabr ayının 30-da, saat 23:30 radələrində Nəsimi rayonu ərazisindəki kafelərin birində R.Qasımovdan 4 min ABŞ dolları məbləğində pul alıblar. Bu il yanvar ayının 6-da isə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən "Ankara" şadlıq evinin yaxınlığındakı kafedə R.Qasımovdan qalan 12 min manat pulu istəyərkən Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar. 

Задержание, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Biznesmenin diri-diri basdırılmasını Lotu Qulinin "ayağına" necə bağladılar?

Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq dövründə Binəqədi Rayon Prokurorluğunda Ə.Quliyevin cinayət işinə xitam verilib. O, Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb. Onu da əlavə edək ki, Ə.Quliyev DİN-in Baş Mühafizə İdarəsinin (BMİ) Nəsimi Rayon İdarəsində mülki mühafizəçi vəzifəsində çalışıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Bağırov, Ə.Quliyev, A.Məmmədov, V.Bağırovun hər biri 10 il və G.Xəlilovla İ.Həsənovun hər biri isə 12 il müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib.

Xəbər lenti
0