CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı MDB-li turistlər arasında ən populyar olan üç şəhərdən biridir

© Sputnik / Murad OrujovТуристы в Дворце ширваншахов в Баку, фото из архива
Туристы в Дворце ширваншахов в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı MDB məkanında turizm üçün əlverişli şəhərlər sırasında ilk üçlüyə daxil olub

BAKI, 20 sentyabr — Sputnik. Bakı MDB məkanında turizm üçün əlverişli şəhərlər sırasında ilk üçlüyə daxil olub.

TurStat analitik agentliyi 2017-ci ilin payızında MDB məkanında turistlər üçün ən populyar olan şəhərlərin adlarını açıqlayıb.

Azərbaycanın paytaxtı MDB turistləri arasında ən populyar olan şəhərlərin top üçlüyünə daxildir. Minsk, Astana, Bakı, Yerevan, Almatı, Daşkənd, Aşqabad, Kiyev, Kişinyov və Bişkek bu ilin payızında MDB-dən olan turistlər arasında ən populyar şəhərlərin ilk onluğunda yer alırlar. 

Türkiyədə zəlzələ - Sputnik Azərbaycan
Turizm cənnəti bir gündə 500 dəfə silkələndi

Bu reytinq cədvəli turistlər tərəfindən online sistem vasitəsilə bron edilmiş yerlərlə bağlı məlumatların analizi nəticəsində tərtib edilib.

TurStat-ın məlumatına görə, turistlər Bakını orta hesabla 3 günlük ziyarət edirlər və bu müddət üçün sutkaya 78 dollar ödəyirlər.

Turistlər üçün MDB məkanının ən ucuz şəhərləri Bişkek və Kişinyov, ən bahalı şəhəri isə Astanadır.

Xəbər lenti
0