BAKI, 9 avqust — Sputnik. Dünən Türkiyənin Muğla əyalətinin Bodrum şəhərində 5.3 bal gücündə zəlzələ olub.
Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, davam edən yeraltı təkanlarla Bodrum 24 saat içində 490 dəfə silkələnib. Şəhərdə son olaraq bu gün 3.8 bal gücündə zəlzələ qeydə alınıb.
Bodrumda dünən meydana gələn zəlzələnin gücü 5.3 bal gücündə olub. Qorxuya səbəb olan bu zəlzələnin ardından son 24 saatda yüngül və orta şiddətdə 490 sarsıntı daha meydana gəlib.
Bodrumda 21 iyulda da 6.5 bal gücündə zəlzələ olmuşdu.