XİN: ÜAK-ın ləğvi barədə qərar iki ölkə arasındakı əlaqələrə ciddi zərbədir

© Sputnik / Murad OrujovXarici İşlər Nazirliyinin binası, arxiv şəkli
Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu, Rusiya və Azərbaycan tərəfindən bəyan olunan və iki ölkə arasında strateji tərəfdaşlıq zəminində inkişaf edən yüksək səviyyəli əlaqələrə ciddi zərbə vurur"

BAKI, 19 sentyabr — Sputnik. "Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qərar təəccüb, ciddi sual və dərin təəssüf doğurur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a müsahibəsində deyib.

— Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə birinci instansiya məhkəməsinin qərarı Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyası tərəfindən qüvvədə saxlanılıb. Bu barədə nə deyərdiniz?

— Ümumiyyətlə, Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələrin inkişafında mühüm rol oynayan Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qərarı siyasi baxımdan qeyri-dost addım kimi qiymətləndiririk. Bu, Rusiya və Azərbaycan tərəfindən bəyan olunan və iki ölkə arasında strateji tərəfdaşlıq zəminində inkişaf edən yüksək səviyyəli əlaqələrə ciddi zərbə vurur. 

Məhkəmə - Sputnik Azərbaycan
RUSİYA
ÜAK-ın şikayətinə baxılacağı tarix açıqlandı

 Rusiyanın bu addımı nədən qaynaqlanır və arxasında nə durur?

— Rusiya Federasiyası məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qeyri-dost xarakterli qərarının məqsədini başa düşmək çox çətindir. Xüsusilə o halı nəzərə almalıyıq ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir və bu status tərəflərə münasibətdə tarazlı yanaşmanın nümayiş etdirilməsini tələb edir. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə Rusiyada yaşayan Azərbaycan icması nümayəndələrinə münasibətdə qeyri-ədalətli yanaşma tətbiq olunduğu halda, Rusiya Erməniləri İttifaqına tam dəstək göstərilir və bu qurum fəaliyyətini davam etdirir.

Hər bir halda Rusiya Federasiyasının məhkəmə orqanlarının Ümumrusiya Azərbaycanlıları Konqresini ləğv etmək siyasəti təəccüb, ciddi sual və dərin təəssüf doğurur.

Xəbər lenti
0