Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ÜAK-ın şikayətinə baxılacağı tarix açıqlandı

Abunə olmaq
Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyası ÜAK-ın şikayətinə 2017-ci ilin sentyabrın 19-da baxacaq

BAKI, 28 iyun — Sputnik. Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarından apelyasiya şikayətinə baxılacağı tarix açıqlanıb.

APA-nın verdiyi məlumata görə, Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyası ÜAK-ın şikayətinə 2017-ci ilin sentyabrın 19-da baxacaq.

Qeyd edək ki, Rusiya Ali Məhkəməsi 2017-ci il 15 may tarixində Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-ın qeydiyyatını ləğv edib. İyunun 15-də ÜAK Rusiya Ali Məhkəməsinin müvafiq qərarından apelyasiya şikayəti verib.  

Xatırladaq ki, Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.

Xəbər lenti
0