Türkiyəni qarışdıran şəxs Azərbaycandadır? - Baş Prokurorluqdan açıqlama

© Sputnik / Anar MustafayevГенеральная прокуратура Азербайджанской Республики
Генеральная прокуратура Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Baş Prokurorluqdan Azərbaycanda gizləndiyi iddia olunan şəxslə bağlı açıqlama

BAKI, 19 sentyabr — Sputnik. Xəbər verdiyimiz kimi, Türkiyədə hüquq sahəsində fəaliyyətinə qadağa qoyulan və Konyadakı işindən uzaqlaşdırılan vəkil Burak Yankın, misli görülməyən fırıldaqçılığa əl atıb. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, o, nişanlısı və iki qardaşı ilə birlikdə 150-ə yaxın adamı aldadaraq 73 milyon dollar mənimsəyib.

İddiaya görə, B.Yankın külli miqdarda pulla Azərbaycana qaçıb. Məhkəmənin hökmü ilə onun haqqında 28 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb.

Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxladıq. Sultanov məsələdən xəbərsiz olduğunu və iddianın geniş araşdırmaya ehtiyacı olduğunu bildirdi.

Xəbər lenti
0