BAKI, 18 sentyabr — Sputnik. Türkiyədə hüquq sahəsində fəaliyyətinə qadağa qoyulan və Konyadakı işindən uzaqlaşdırılan vəkil Burak Yankın, misli görülməyən fırıldaqçılığa əl atıb. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, o, nişanlısı və iki qardaşı ilə birlikdə 150-ə yaxın adamı aldadaraq 73 milyon dollar mənimsəyib.
Belə ki, Burak Yankın adi qaydada icarəyə götürdüyü avtomobilləri ən ucuz qiymətlərlə insanlara satıb. O, aldatdığı şəxslərə, avtomobilləri hökumətdən tender əsasında aldığını deyib. Lakin daha sonra aydın olub ki, B.Yankın həmin avtomobilləri "Rent A Car" şirkətlərindən götürüb.
İddiaya görə, B.Yankın külli miqdarda pulla Azərbaycana qaçıb. Məhkəmənin hökmü ilə onun haqqında 28 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb.