Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda gizli fəaliyyət göstərən dini təbliğatçılarla bağlı müdhiş fakt

CC0 / Didgeman / BibleРелигиозные книги, фото из архива
Религиозные книги, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İki qurumun əməkdaşları birgə əməliyyat keçiriblər

BAKI, 15 sentyabr — Sputnik. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qaradağ rayon Polis İdarəsinin əməkdaşları 3 min nüsxədən artıq dini ədəbiyyatı müsadirə ediblər. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Namaz vaxtı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əcnəbilərə Azərbaycanda dini təbliğat aparmağa icazə verildi, lakin...

Belə ki, sentyabrın 13-də "Sədərək" ticarət mərkəzində, 1985-ci il təvəllüdlü, Masallı rayon sakini Həmidov Pərviz Orucəli oğlunun mağazasından satışda olan 119 adda 3125 ədəd dini kitab müsadirə edilib. Müsadirə olunmuş kitablar ekspertizaya göndərilib, faktla bağlı isə AR İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib.

Hüquq mühafizəçiləri ilkin araşdırma zamanı müəyyən ediblər ki, dini ədəbiyyat kustar üsullarla çap olunub. "Bu kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qadağan edilib və satışına icazə verilmir. Ona görə də bu kitabların yayılma mənbəyi məlum deyil və bilinmir ki, onların müqəddəs "Quran"la bir əlaqəsi var, ya yox" — deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

"Təcrübə göstərir ki, heç də hamı dini ədəbiyyatı başa düşmür. Elə insanlar var ki, onlar asanlıqla təsir altına düşürlər və onlara təqdim olunan hər şeyə inanırlar. Ona görə də, radikal islamçılar dindəki cahil adamları asanlıqla öz torlarına sala bilirlər. Onlar öz ideologiyalarını islam adı altında təlqin edirlər" — mənbə əlavə edib.

Sputnik Azərbaycan-ın əməkdaşı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayaraq respublikada qadağan olunmuş dini ədəbiyyatın siyahısını və bir sıra suallara cavab istəyib. Amma bir sıra dövlət orqanlarında olduğu kimi, bu qurum da bürokratik əngəllər səbəbindən suallarımızı cavabsız qoyub.

Xatırladaq ki, adıçəkilən qurum sistemli olaraq reydlər keçirir və ölkədə qadağan olunmuş dini ədəbiyyatı müsadirə edir.

Xəbər lenti
0