Hesablama Palatasının səlahiyyətləri artırılır

© Photo : REPORTAzərbaycan Respublikasının Hesablama Palatası
Azərbaycan Respublikasının Hesablama Palatası - Sputnik Azərbaycan
Abunə olmaq
Qanun layihəsi plenar iclasa tövsiyə olunub

BAKI, 15 sentyabr — Sputnik. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Hesablama Palatası haqqında" qanuna dəyişikliyə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, qanunun qüvvədə olan mətni yalnız cinayət əlamətləri olan hüquqpozmalarla bağlı materialların aidiyyəti üzrə göndərilməsini nəzərdə tutursa, təklif olunan variant həm də inzibati xəta əlamətləri olan hüquqpozmaları da əhatə edir.

Milli Məclis - Sputnik Azərbaycan
Bu gün 20 qanun layihəsi müzakirə ediləcək

Dəyişiklikdə Hesablama Palatasının aşağıdakı funksiyaları həyata keçirməsi nəzərdə tutulur:

Dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamnı inzibati xəta və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə təxirəsalınmadan materialları müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanına və ya Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir.

Mövcud maddədə isə deyilir ki, dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan müvafiq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir.

Qanun layihəsi plenar iclasa tövsiyə olunub.

Xəbər lenti
0