Bu gün 20 qanun layihəsi müzakirə ediləcək

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir

BAKI, 15 sentyabr — Sputnik. Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə "Əsrin müqaviləsi"nin 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan yeni sazişin imzalanmasını çox böyük hadisə adlandırıb. Onun sözlərinə görə, 2050-ci ilədək Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edəcək.

"Ötən sessiya komitə üçün məhsuldar olub. Sessiyada 17 iclas keçirilib, 122 məsələyə baxılıb. 120 qanuna dəyişikliklər edilib. Bunlar mühüm qanunlar olub və iqtisadiyyatın dərinləşməsinə xidmət edib. Bu sessiya üçün iş planı üzərində iş gedir" — komitə sədri bildirib.

Qeyd edək ki, bugünkü iclasda 20 qanun layihəsi müzakirə ediləcək.

Xəbər lenti
0