Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qurban Qurbanov "Çelsi" məğlubiyyətindən danışdı

© Photo : Action Images via Reuters/Tony O'Brien“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, arxiv şəkli
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik"

BAKI, 13 sentyabr — Sputnik. “Çempionlar Liqasının qalibi olmağa namizəd bir komandayla oynadıq. “Çelsi”nin gücü hər kəsə məlumdur”. APA-nın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda səfərdə “Çelsi” ilə qarşılaşan Azərbaycan çempionu 0:6 hesabı ilə məğlub olub.

Oyundan sonra təşkil olunan mətbuat konfransında Qurbanov fikirlərini bölüşüb: “Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim bu turnirdə ilk oyunumuz olması ilə bağlıdır. Səhvlərimiz üzərində işləyəcəyik. Çempionlar Liqası bizim üçün yenidir. “Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm. Komandamızın Azərbaycanı təmsil etməsi məsuliyyətimizi artırır. Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik. “Çelsi” və Antonio Konteni də qələbə münasibətilə təbrik edirəm”.

Xəbər lenti
0