BAKI, 13 sentyabr — Sputnik. Azərbaycan çempionu “Qarabağ” ölkə futbolu tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələ oyununa çıxıb.
Ağdam klubunun debütü Londonda gerçəkləşib. C qrupunda mübarizə aparan “Qarabağ” I turda “Çelsi” ilə üz-üzə gəlib.
Oyunda hesabı 5-ci dəqiqədə meydan sahiblərinin oyunçusu Pedro Rodriges açıb. Dzappakosta 30-cu dəqiqədə ikinci topu vurub — 2:0.
İkinci hissədə Aspilikueta (55), Baçuayi (76, 82) və Bakayoko (71) "Qarabağ"ın qapısından daha dörd top keçiriblər — 6:0.