Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Mahir Mədətov ilk heyətdə meydana çıxmalı idi"

© REUTERS / Tony O'BrienМиши Батшуай забил шестой гол
Миши Батшуай забил шестой гол - Sputnik Azərbaycan
Abunə olmaq
Tahir Süleymanov: "Açığı mən Mahir Mədətov kimi bacarıqlı futbolçunu meydana çıxan ilk heyətdə görməyəndə, təəssüfləndim"

BAKI, 13 sentyabr — Sputnik. "Çelsi" ilə oyunda "Qarabağ"ın heç bir səhvi yox idi. Çempionlar Liqasının qrupuna düşmək özü bir tarixdir. Tək "Qarabağ" üçün yox, Azərbaycan futbolu üçün bir tarixdir. Komandamızın rəqiblərinə baxın, "Roma"nı kənara qoysaq, "Çelsi" və "Atletiko" (Madrid) birbaşa kuboka oynayan nəhəng klublardır. Təbii ki, 6-0 olmaya bilərdi, bir az aşağı top fərqi mümkün idi, amma başqa nə isə gözləmək doğru deyil. Həm də "Çelsi"nin meydanında". Futbol mütəxəssisi Tahir Süleymanov "Çelsi" — "Qarabağ" oyununu şərh edərkən Sputnik Azərbaycan-a bunları deyib.

"Təəssüf ki, oyundan əvvəl bəzi futbol adamları, tanınmış simalar azarkeşlərə reallığa uyğun olmayan ümidlər verərək, ictimaiyyətdə eyforiya yaratmışdılar. Nəticə bu cür olandan sonra da, geriyə dönüş edib "gəlin "Qarabağ"ı tənqid etməyək, lazım deyil" kimi açıqlamalar verirlər. Vaxtında real analizlər edib, elə danışmaq lazım idi.

Çox vacib bir məqama toxunmaq istəyirəm. Futbol mütəxəssisi olaraq arzu edərdim ki, bu tip oyunlarda Mahir Mədətov kimi bacarıqlı, yerli futbolçunu start heyətində görüm. Çünki bizim bu qrupdan çıxmaq, hətta 3-cü olub avro-liqada yarışı davam etdirmək şansımız çox cüzidir. Bizim əsl hədəfimiz Çempionlar Liqasının qrupunda Mahir Mədətov kimi futbolçuları Avropa arenasında tanıdıb, böyük klubların diqqətini onlara cəlb etdirməkdir, onları yarmarkaya çıxarmaqdır.

Açığı mən Mahir Mədətov kimi bacarıqlı futbolçunu meydana çıxan ilk heyətdə görməyəndə, təəssüfləndim. Mədətov, sona 15 dəqiqə qalmış meydana çıxsa da, hansı potensiala malik olduğunu göstərdi" — Süleymanov bildirib.

Xəbər lenti
0