BAKI, 8 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Çin Xalq Respublikasının Taypey şəhərində keçirilən tələbələrin XXIX Ümumdünya Yay Universiadasında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, universiadada birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat məbləğində mükafat nəzərdə tutulub. İkinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat məbləğində mükafat veriləcək. Üçüncü yeri tutan hər bir idmançı 20 min manat, onun məşqçisi isə 10 min manat məbləğində mükafatla təltif olunacaq.
Həmçinin komandanın baş məşqçisinə idman növü üzrə ən yüksək nailiyyət göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) mükafat nəzərdə tutulub.