CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəsmi qurumlardan zəlzələ açıqlaması: Tələfat yoxdur

© AFP 2024 / Sam YehSeysmoqraf. Arxiv şəkli
Seysmoqraf. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən gün ölkə ərazisində bir neçə zəlzələ qeydə alınıb

BAKI, 7 sentyabr — Sputnik. Dünən yerli vaxtla saat 05:45-də Qəbələdən 22 km şimal-qərbdə, Qəbələ ərazisində zəlzələ qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəhbəri Oktay Bayramovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, zəlzələ, episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Divardakı əmələ gəlmiş çatlar, arxiv şəkli - Sputnik Azərbaycan
Azərbaycanda zəlzələ: İnsanlar təlaş içində evlərini tərk edirlər

Bundan sonra ikinci dəfə, yerli vaxtla saat 07:56-da Qəbələdən 23 km şimal-qərbdə, Qəbələ ərazisində zəlzələ qeydə alınıb. Bayramovun sözlərinə zəlzələnin episentri Gürcüstan ərazisində, Zaqataladan 43 km aralıdadır: "Bu səbəbdən də Zaqatala, Qax və Şəki rayonlarında da müəyyən qədər hiss edilib. Amma dağıntı, tələfat yoxdur, tikililərə də ziyan dəyməyib".

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızının Sputnik Azərbaycan-a verdiyi məlumata görə, sentyabrın 6-da bölgələrdə hiss edilən zəlzələlərin episenrti Gürcüstanda olub: "Gürcüstanla sərhəddə olan ərazilərdə 3-4 bal gücündə hiss olunub".

"Zəlzələlərin baş vermə səbəbinə gəlincə, dəfələrlə bildirmişik ki, Azərbaycan ərazisi seysmik baxımdan aktiv bölgədir. Bu baxımdan həmin bölgələrdə zəlzələlər ola bilər. Yəni xüsusi bir səbəb yoxdur. Onu da deyək ki, hələlik dünyanın heç bir yerində zəlzələ ilə bağlı dəqiq proqnoz verilmir" — Rafiqqızı bildirib.

Xatırladaq ki, dünən saat 21:30 radələrində Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, zəlzələnin, azı 4 bal gücündə olduğu güman edilir.

Zəlzələ Şəki, Qax və Zaqatala rayonlarında güclü hiss olunub. Zəlzələ zamanı dağıntılar və tələfat qeydə alınmayıb. Bır sıra evlərə ziyan dəyib, evlərdəki mebellər aşıb və əşyalar qırılıb. İnsanlar təlaş içində yaşadıqları evləri tərk ediblər. Sonradan durum stabilləşib və sakinlər evlərinə dönüblər.

Xəbər lenti
0