Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 6 sentyabr — Sputnik. Bu gün saat 21:30 radələrində Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ baş verib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, zəlzələnin azı 4 bal gücündə olduğu güman edilir.
Zəlzələ Şəki, Qax və Zaqatala rayonlarında güclü hiss olunub.
Zəlzələ zamanı dağıtılar və tələfat qeydə alınmayıb. Bır sıra evlərə ziyan dəyib, evlərdəki mebellər aşıb və əşyalar qırılıb. Əhali təlaş içində yaşadıqları evləri tərk ediblər. Hazırda camaat təkrar təkanların olacağını ehtimal etdiyindən evə girməyə tələsmir.
Respublika Seysmoloji Xidmət Mərkəzinin saytında qeyd olunan məlumata görə, 4.1 maqnitudalı zəlzələ, yerli vaxtla saat 23:45-də Zaqataladan 43 km cənubda 17 km dərinlikdə, Gürcüstan ərazisində qeydə alınıb.
Zəlzələ Azərbaycanın sərhəd rayonlarında 3-4 bala qədər hiss olunub.