Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Trampa daxildən qarşı təzyiqlər artdıqca, o da Rusiyanın üstünə gəlir"

© AP Photo / Evan VucciВстреча президентов США и России Дональда Трампа и Владимира Путина в ходе саммита G20, Гамбург, Германия, 7 июля 2017 года
Встреча президентов США и России Дональда Трампа и Владимира Путина в ходе саммита G20, Гамбург, Германия, 7 июля 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
"Ortada bir yox həllini tapmayan faktorlar mövcuddur, əsas da, hər iki dövlətin dünyada ən güclü olmaq iddiası var"

BAKI, 7 sentyabr — Sputnik. Vaşinqtonla Moskva arasında uzun müddətdir davam edən gərginlik bu dəfə fərqli sahəyə sıçrayıb. Bu dəfə hədəf diplomatik nümayəndəliklər və onların fəaliyyətidir.

Hər şey ABŞ-ın ölkədəki rus diplomatları qovması, Rusiyaya aid daşınmaz əmlakların qapısına qıfıl vurması ilə başladı. Bundan sonra Moskva hərəkətə keçdi. Prezident Vladimir Putinin əmri ilə Rusiyadakı amerikalı diplomatların sayı 455-ə endirildi.

Генконсульство РФ в Сан-Франциско - Sputnik Azərbaycan
RUSİYA
Rusiya ABŞ-a "od püskürdü": Sizinki artıq həyasızlıqdır

Hər kəs bu xoşagəlməz yarışın sonlandığını düşünən zaman, Amerika daha da irəli gedərək, Rusiyanın Nyu-York və San-Fransiskodakı konsulluqlarını bağlamağa qərar verdi. Ağ Evin addımına rusların cavabı gecikmədi. Xarici işlər naziri Sergey Lavrov Vaşinqtonu sərt ittiham etdi, prezident Putin rus hökumətini təcili addım ataraq ABŞ-ı məhkəməyə verməyə çağırdı. Rusiya prezidenti, həmçinin amerikalı diplomatların sayını daha 155 nəfər azaltmaq haqda düşünə biləcəyini söylədi.

Mövzunu Sputnik Azərbaycan-a millət vəkili Fəzail İbrahimli dəyərləndirib: "Bizim ağlımız kəsəndən Rusiya ilə Amerika arasında gərginlik davam edir. Bu gərginlik əvvəl aydın formada idi. Dünya sosializm və kapitalizm sistemlərinə bölünərək ikiqütblü idarə olunurdu. İndi isə vəziyyət başqadır. Dünyanın siyasi sferasında öz mövqeyini gücləndirmək, hegemonluq əldə etmək uğrunda mübarizə gedir. Həlledici, təsiredici hegemon rolu hazırda Amerika Birləşmiş Ştatları oynayır. Rusiya da ərazisinə, əhalisinə görə çox böyük ölkədir. Üstəlik nüvə silahına sahibdir. ABŞ-ın hegemonluğu qarşısında tab gətirə biləcək dövlətdir".

"Ataların misalı var: iki qoçun başı bir qazanda qaynamaz. Gərginlik də məhz buna görədir. Son vaxtlar qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin qapadılmasını, tərəflərin bir-birinə olan təzyiqi kimi dəyərləndirmək lazımdır. Yəni əzələ nümayişi kimi bir şeydir" – İbrahimli qeyd edib.

Deputata görə, məsələyə başqa aspektdən də baxmaq olar: "O zaman Barak Obama prezident idi, indi isə Donald Tramp. Əlbəttə, yeni gələn lider də istəyir ki, özünü dünyaya tanıtsın, öz gücünü göstərsin. Bunun üçün müəyyən qərarlar verirlər, güclü dövlətlərə təzyiq göstərirlər. Dünyaya "mən də varam, mən də burdayam, mənim bir sözüm iki ola bilməz" kimi mesajlar ötürməyə çalışırlar. Həm dünyada, həm də ölkə daxilində, Senatda öz mövqeyini gücləndirmək üçün hansısa formalardan istifadə eləmək lazımdır, bu da həmin formalardan biridir. Bu amil dünyada narahatçılıq, gərginlik yaradır, amma güman etmirəm ki, bu gərginlik öz orbitindən kənara çıxsın".

Rusiyanın San Fransiskodakı Baş konsulluğunun binasının bacasından çıxan tüstü, 1 sentyabr 2017-ci il - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Baş konsulluğunun sənədləri yandırıldı

Siyasi təhlilçi Elçin Mirzəbəyli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ABŞ və Rusiya arasında gərginliyin kifayət qədər çoxlu səbəbi var: "Gərginlik bir müddət öncəyə gedib çıxır. Ağ Ev rəhbəri Donald Trampa qarşı təzyiqlər artdıqca, o da məcbur olaraq Rusiya əleyhinə daha sərt siyasət yürütməyə çalışır. İndiki şəraitdə, bu, həm də Trampın xalq arasındakı reytinqini yüksəltmək məqsədi güdür".

"İki super gücü üz-üzə qoyan digər səbəblər Suriya, Ukrayna böhranları, NATO-nun şərqə doğru genişlənməsidir. Ziddiyyətlər geosiyasi maraqlardan qaynaqlandığı üçün onların qısa dövr ərzində həllini tapması inandırıcı deyil. Çünki ortada bir yox həllini tapmayan faktorlar var. Hər iki dövlətin də dünyada ən güclü olmaq iddiaları var. Artıq Rusiya da yenidən özünü beynəlxalq aləmə super güc kimi qəbul etdirməyə çalışır" – Elçin Mirzəbəyli bildirib.

Xəbər lenti
0