BAKI, 1 sentyabr — Sputnik. Rusiyanın San Fransisko şəhərindəki Baş konsulluğunun bağlanması həyasızlıqdır və dövlətimiz buna uyğun cavab verəcək. Sputnik Azərbaycan RİA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitə sədrinin müavini Andrey Klimov açıqlama verib.
"Amerikanın bu addımı həyasızlıqdır. Bunu heç nə baş verməmiş kimi sakit qəbul etmək olmaz. Cavab addımları atmaq üçün gücümüz və sağlam düşüncəli insanlarımız var" — Klimov qeyd edib.
"Kreml ABŞ-ın San-Fransiskodakı Rusiya Baş konsulluğunu bağlamaqla bağlı qərarına reaksiya verəcək". Bunu isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Biz bu barədə notanı dünən almışıq, hazırda bununla məşğuluq. Ətraflı təhlildən sonra reaksiya verəcəyik" — deyə nazir Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışında bildirib.
Xatırladaq ki, avqustun 31-də ABŞ Dövlət Departamenti Rusiyadan, sentyabrın 2-dək bu ölkənin San-Fransiskodakı Baş konsulluğunu bağlamasını tələb edib.