Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şaqqalanmış meyitin başı və ayaqları tapıldı

© Sputnik / Irade JELILKollektor, arxiv şəkli
Kollektor, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kəsilmiş baş adamın kimliyini müəyyən etməyə imkan verəcək vəziyyətdədir

BAKI, 7 sentyabr — Sputnik. Suraxanı rayonunda vəhşicəsinə törədilmiş qətllə bağlı yaradılmış əməliyyat-istintaq qrupu, sentyabrın 5-də doğranmış cəsədi aşkar edilən şəxsin kəsilmiş başını və ayaqlarını tapıb. Bu barədə Sputnik Azərbaycan-a Suraxanı rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

Kanalizasiya suları - Sputnik Azərbaycan
HADİSƏ
Dəhşətli təfərrüatlar: Başsız cəsəd Azərsu-nun stansiyasına necə düşüb

Kriminalistlər kəsilmiş başı və ayaqları "Azərsu" ASC-nin Hövsan Aerasiya Stansiyasının yaxınlığında bu gün səhər aşkar ediblər.

Qətlə yetirilmiş şəxsin bədəni də bundan əvvəl həmin ərazidə aşkarlanmışdı. Onun bədənində — bel, sinə, bud və qarnında dörd güllə yeri aşkar edilib. Güllələr yaxın məsafədən atılıb, ancaq gilizlər tapılmadığından silahın tipini müəyyən etmək mümkün olmayıb.

Belə görünür ki, qətli törədənlər şəxsi güllələdikdən sonra onun meyitini doğrayaraq kanalizasiya kollektoruna atıblar. Qətlin haradasa şəhərdən kənarda, kimsəsiz yerdə törədildiyi ehtimal edilir.

Hüquq mühafizəçiləri bildiriblər ki, şəxsin kəsilmiş başı onun kimliyini müəyyən etməyə imkan verəcək vəziyyətdədir. Lakin hələlik vəhşicəsinə öldürülmüş kişinin şəxsiyyəti müəyyən olunmayb. Eyni zamanda, onun kəsilmiş qolları da hələ tapılmayıb.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə naməlum meyitin şəxsiyyətinin və hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti
0