CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda təlaşa ehtiyac görülmür: "Belə davam etməyəcək"

© Sputnik / Murad OrujovВид на многоэтажные здания в Баку, фото из архива
Вид на многоэтажные здания в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"1995-ci ilədək Xəzər dənizinin səviyyəsi ildə 14 santimetr sürətlə qalxırdı, belə davam etsəydi, indi suda yaşayırdıq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 sentyabr — Sputnik. "Biz 1830-cu ildən Xəzər dənizinin səviyyəsi ilə bağlı müşahidə aparırıq. 200 ilə yaxındır ki, əlimizdə faktiki müşahidə məlumatları var və onun üzərində təhlillər aparırıq. Xəzərin qurumasını gözləmirik".

Пресс-конференция на тему Долгосрочные и краткосрочные изменения климата и их влияние на Азербайджан - Sputnik Azərbaycan
Ekoloq: “Qlobal istiləşmə Azərbaycana mənfi təsir göstərməyəcək”

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometrologiya Departamentinin direktor müavini Əkbər Əsgərov Amerika, Fransa və Rusiya alimlərinin Xəzər dənizinin quruyacağı fikrinə münasibət bildirərkən deyib.

Ə. Əsgərov deyib ki, məqalədə, qlobal istiləşmənin hazırkı tempi davam edərsə, Xəzər dənizinin Rusiya hissəsinin 75 ildən sonra quruyacağı göstərilib: "Qlobal istiləşmənin hazırkı tempi 70-80 il belə davam edə bilməz axı. Mən onların tədqiqatlarının bəziləri ilə tanışam. Orada sırf modellər qurulur ki, əgər belə davam edərsə, bunun axırı hara gedib çıxar. Burada "məsələ belə davam etsə" fikridir. Amma bu, belə davam edə bilməz və bu, belə davam etməyəcək".

Onun sözlərinə görə, hazırda Xəzər dənizində zəif enmələr müşahidə olunur: "1977-ci ilədək Xəzər dənizinin səviyyəsi sürətlə enirdi. Əgər elə davam etsəydi, biz indi Xəzəri bilirsiz, harada gedib axtarmalıydıq? Yaxud da 1977-ci ildən 1995-ci ilədək Xəzər dənizinin səviyyəsi ildə 14 santimetr sürətlə qalxırdı. İndi isə söhbət 7 santimetrdən gedir. Belə davam etsəydi, biz indi suda yaşayırdıq".

"Yəni, təbii ki, belə davam etmir, hər şeyin bir balansı var. Təbiətdə, iqlimdə bir az tərəddüdlər müşahidə oluna bilər, amma hər şey gəlib öz yerini tutur. Xəzər dənizi qapalı su hövzəsi olduğuna görə burada baş verənlər periodik xarakter daşıyır. Yəni, Xəzərin hövzəsində baş verən xırda dəyişikliklərə görə səviyyə qalxır və ya düşür. Bir müddətdən sonra görəcəksiniz ki, təzədən qalxmalar, sonra yenə enmələr müşahidə olunur" — direktor müavini bildirib.

Xəzər dənizi, arxiv şəkli - Sputnik Azərbaycan
SOS verildi: Xəzər quruyur

ETSN rəsmisi əlavə edir ki, təxminən, 10 ildir Xəzər dənizində asta templə enmələr müşahidə olunur: "Bu səviyyə Xəzər dənizi üçün yad deyil. Əvvəlki illərdə də belə səviyyə olub. Xəzər dənizinin səviyyəsi, təqribən mənfi 28 metrə yaxındır və hazırda elə təhlükəli həddə deyil. Hazırda hər hansı bir təhlükə də gözlənilmir".

Ekoloq Telman Zeynalov da Sputnik Azərbaycan-a açıqlamasında Xəzər dənizinin Rusiya hissəsinin 75 ildən sonra quruyacağı fikrinin doğru, real olmadığını deyib: "İndiyədək Xəzər dənizinin qalxma və enməsini dəqiq heç kəs öyrənməyib. Əgər 1970-80-ci illərdən 1990-cı ilədək dünya okeanında istiləşmə gedirdisə, hər yer quruyurdusa, Xəzər dənizinin səviyyəsi qalxırdı. Sakit okeanda səviyyə düşürdü, Xəzərdə isə qalxırdı. Ona görə də heç kəs bunun dəqiq nədən asılı olduğunu bilmir".

Onun fikrincə, bu, Xəzər dənizində bir çox problemlərdən asılıdır: "Birinci amil qabarma və çəkilmədir. Bu, hər 30-70 il arasında dəyişir. İkincisi, neft hasilatı ilə bağlıdır. Nə qədər qazırlarsa, ola bilər ki, çökür və dəniz aşağı düşür. Digəri isə geoloji proseslərlə bağlıdır".

Ekoloq əlavə edib ki, ümumiyyətlə, coğrafiyada "qlobal istiləşmə" termini yoxdur: "İstiləşmə və soyuma prosesi var".

Qeyd edək ki, Amerika, Fransa və Rusiya alimlərinin "Geophysical Research Letters" jurnalında dərc etdikləri birgə məqalədə bildirilir ki, qlobal istiləşmənin hazırkı tempi davam edərsə, Xəzər dənizinin Rusiya hissəsi 75 ildən sonra quruyacaq. Alimlər qeyd edirlər ki, 1996-cı ildən 2015-ci ilə qədər hər il Xəzərin səviyyəsi 7 santimetr azalıb. Bu müddət ərzində ümumilikdə dəniz səviyyəsi 1,4 metr düşüb. Bu, hələlik, 1970-ci illərdə qeydə alınan tarixi minimumdan (dəniz səviyyəsindən 29 metr aşağı) 1 metr yuxarıdır. Amma proses davam edir.

Alimlər dənizin quruması prosesinin bundan sonra da davam edəcəyini bildirirlər. Quruma özünü daha çox Rusiya və Qazaxıstan sahillərində göstərəcək. Bu ərazinin tam quruması 75 ildən sonraya proqnozlaşdırılır. Əsas səbəb qlobal istiləşmə nəticəsində atmosferin üst qatının hərarətinin artmasıdır (son 30 ildə 1 dərəcə).

Xəbər lenti
0